Bank Of Baku

Azərbaycan prezidentinin sərəncamı ilə fəxri ad və ordenlərlə təltif olunan mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub

Azərbaycan prezidentinin sərəncamı ilə fəxri ad və ordenlərlə təltif olunan mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub
# 12 iyun 2009 10:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyevin sərəncamına əsasən fəxri adlara və ordenlərlə təltif olunan bir qrup mədəniyyət və incəsənət xadimlərinə mükafatları təqdim edib. APA-nın məlumatına görə, mükafatlandırma mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbüfləs Qarayev dövlət rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə göstərilən bu diqqəti yüksək qiymətləndirdiyini vurğulayıb: “Sözsüz ki, bu gün burada mükafatlarını təqdim etdiyim sənət adamlarının hər biri bu ada layiqdirlər. Bu sizlərin hər birinizin əməyinizin nəticəsidir. Mədəniyyət və incəsənət xadimlərinin mükafatlandırılması, onların əməyinin qiymətləndirilməsi olduqca böyük diqqətin nəticəsidir. Bu insanlar Azərbaycan xalqının istedadını dünyaya tanıdırlar, öz xalqımızı sənətləri ilə sevindirirlər”. Ə. Qarayev tədbirdə “Şöhrət” ordeni, “Tərəqqi” medalı, Azərbaycanın xalq və əməkdar artisti, əməkdar incəsənət xadimi, əməkdar müəllimi, əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülənlərə mükafatları təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR