Bank Of Baku

Nazir: “Azərbaycanda keçirilən Qətər mədəniyyət günləri çox uğurla başa çatıb”

Nazir: “Azərbaycanda keçirilən Qətər mədəniyyət günləri çox uğurla başa çatıb”
# 12 iyun 2009 11:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azərbaycanda keçirilən Qətər Mədəniyyət Günləri çox uğurla başa çatıb. Yekun olaraq mən Qətərin nümayəndə heyəti ilə görüşdüm. Görüşdə növbəti il Qətərdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi ilə bağlı danışıqlar apardıq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, Azərbaycanda keçirilən Qətər Mədəniyyət Günləri çərçivəsində iki ölkənin mədəniyyəti və incəsənəti ilə yaxın olduğu məlum olub: “Qətərin Mədəniyyət Günlərinin keçirilməsi bir daha göstərdi ki, biz nə qədər bir-birimizə yaxın ölkələrik. Onların məişəti, xalq yaradıcılığı, davranışı, rəqsləri, musiqisi bizə olduqca yaxındır. Digər bir tərəfdən isə mədəniyyət günlərinin keçirilməsi bizim üçün yeni bir mənzərə açdı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR