Bank Of Baku

Azərbaycanda UNESCO və İSESCO-nun mədəniyyət günləri keçiriləcək

Azərbaycanda UNESCO və İSESCO-nun mədəniyyət günləri keçiriləcək
# 12 iyun 2009 11:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanda UNESCO və İSESCO-nun mədəniyyət günləri keçiriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, bu ilin sentyabr ayından etibarən Azərbaycanda 6 islam ölkəsinin mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur: “Biz ümumilikdə doqquz islam ölkəsinin mədəniyyət günlərinin keçirilməsini planlaşdırmışdıq. Artıq üçü keçirilib, qarşıda altı islam ölkəsinin mədəniyyət günlərinin keçirilməsi qalıb. Sentyabrın sonundan ilin sonuna kimi bu altı ölkənin də mədəniyyət günləri keçiriləcək. Bu ölkələr sırasında İordaniya, Mərakeş, Tunis və Türkiyə də var. Eyni zamanda UNESCO və İSESCO-nun da mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. Hər iki təşkilatın Azərbaycanda xüsusi həftəliyi keçiriləcək”.

Nazir qeyd edib ki, yaxın vaxtlarda Gürcüstanda və Rusiyada (Tatarıstan) Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu il ərzində İranda da Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nazirliyin tədbirlər planına salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR