Bank Of Baku

Nazir: “Mədəniyyət və Turizm Nazirliyi piratçılıqla mübarizini gücləndirib”

Nazir: “Mədəniyyət və Turizm Nazirliyi piratçılıqla mübarizini gücləndirib”
# 12 iyun 2009 12:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi piratçılıqla mübarizini gücləndirib. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda bəzi disk satış mərkəzlərində erməni mahnılarını başqa adla satılması faktına münasibət bildirərkən deyib. Nazir bildirib ki, piratçılıqla məşğul olanlar bu addımı atarkən millətin, xalqın mənafeyini qorumağı ağıllarına belə gətirmirlər: “Bir tərəfdən qanunları pozub piratçılıqla məşğul olur və müəllif hüquqlarını pozurlar, digər tərəfdən isə Azərbaycana zidd olan mənəviyyat gətirirlər. Buna görə də həm Mədəniyyət və Turizm Nazirliyi, həm də Müəllif Hüquqları Agentliyi birgə tədbirlər həyata keçirir. Hazırda kino sahəsində bu işi ciddiləşdirmişik. Demək olar ki, televiziyalarda da razılaşmalar əsasında bu iş həyata keçirilir”.

Ə. Qarayev satış məntəqələrində monitorinqlərin İqtisadi İnkişaf Nazirliyi və hüquq-mühafizə orqanları həyata keçirməli olduğunu bildirib: “Bizim nazirliyin monitorinq və yoxlamalar keçirməyə səlahiyyəti yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR