Bank Of Baku

Azərbaycan Dövlət Filarmoniyasında SSRİ xalq artisti Lütfiyar İmanovun xatirə gecəsi keçirilib

Azərbaycan Dövlət Filarmoniyasında SSRİ xalq artisti Lütfiyar İmanovun xatirə gecəsi keçirilib
# 12 iyun 2009 16:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında SSRİ xalq artisti Lütfiyar İmanovun xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası çıxış edib, İlahə Əfəndiyeva, Adil Axundov, Zemfira İsmayılova, Səbinə Vahabzadə, Həsən Enami, Əli Əsgərov və başqalarının ifasında sənətkarın repertuarına daxil olmuş əsərləri səsləndirilib. Xatirə gecəsində L. İmanovun dostu, hazırda Türkiyədə yaşayan xalq artisti Zöhrab Adıgözəlzadə ilə telefon bağlantısı yaradılıb. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR