Bank Of Baku

Xalq artisti Rasim Balayev ayağından əməliyyat olunub

Xalq artisti Rasim Balayev ayağından əməliyyat olunub
# 18 aprel 2011 15:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti Rasim Balayev bu gün cərrahiyyə əməliyyatı olunub. Bununla bağlı APA-ya açıqlama verən məşhur aktyor deyib ki, cərrahiyyə əməliyyatı onun ayağının baş barmağında aparılıb. Əməliyyat bir saat davam edib. Hazırda palataya köçürülən R.Balayev özünü yaxşı hiss etdiyini söyləyib: “Əməliyyat yaxşı keçdi. Hazırda özümü bir az halsız hiss edirəm, amma ümumi vəziyyət yaxşıdır. Bir neçə gün gəzməyimə qadağa qoyulub. Ümid edirəm ki, bu, sonuncu əməliyyat olacaq”.

Qeyd edək ki, bu, R. Balayevin ayaq barmağında aparılan ikinci cərrahiyyə əməliyyatıdır. Belə ki, ötən il yıxılan və ayağından zədə alan aktyor, bu ilin fevralında ilk əməliiyatını keçirib. Lakin sonra problem aradan qalxmadığı üçün növbəti əməliyyata ehtiyac yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR