Bank Of Baku

Azərbaycanın mədəniyyət və turizm naziri Cənub-Şərqi Avropa Mədəniyyət Nazirləri Şurasının illik sessiyasında iştirak edib

Azərbaycanın mədəniyyət və turizm naziri Cənub-Şərqi Avropa Mədəniyyət Nazirləri Şurasının illik sessiyasında iştirak edib
# 19 aprel 2011 10:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rumıniyanın paytaxtı Buxarest şəhərində Cənub-Şərqi Avropa Mədəniyyət Nazirləri Şurasının illik sessiyası keçirilib. Nazirlər Şurasının sessiyasında iştirak etmək məqsədilə Azərbaycanın mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestə səfər edib. Nazirlikdən APA-ya verilən məlumata görə, sessiyaya Cənub-Şərqi Avropa ölkələrinin mədəniyyət nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və digər rəsmi şəxslər qatılıb.

Tədbir zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq proqramları, mədəni layihələrin həyata keçirilməsi və regional əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bununla yanaşı, iclasda Qara Dəniz və Cənubi Qafqaz ölkələrinin mədəniyyət sahəsində əməkdaşlıq səylərini birləşdirmək məqsədilə Rumıniyanın Mədəniyyət və Milli İrs Nazirliyi tərəfindən irəli sürülmüş Qara Dəniz və Cənubi Qafqaz Mədəniyyət Nazirləri Şurasının təsis edilməsinə dair Əsasnamə layihəsi müzakirə edilib.

Şuranın illik sessiyasında çıxış edən Ə. Qarayev tədbir iştirakçılarına Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri barədə məlumat verib. Nazir 2013-cü ilin aprel ayında növbəti Dünya Forumunun keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Səfər çərçivəsində Ə. Qarayev Rumıniyanın mədəniyyət və milli irs naziri Kelemen Hunor ilə ikitərəfli görüş keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR