Bank Of Baku

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illiyi münasibəti ilə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin konserti keçirilib - FOTO

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illiyi münasibəti ilə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin konserti keçirilib - <font color=red>FOTO</font>
# 23 aprel 2011 10:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyi ilə əlaqədar növbəti tədbir keçirilib. APA-nın məlumatına görə, bu gün Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin konserti keçirilib. Bədii rəhbər və baş hərbi dirijor, xalq artisti, professor, polkovnik Yusif Axundzadə, dirijorlar kapitan Rüfət Axundzadə və baş leytenant İmran Allahverdi olub. Proqramda tanınmış kinofilmlərə -“Zorro”, “Avatar”, “Harry Potter”, “Peter Gunn”, “Rocky” yazılmış musiqi səslənib.

Yubiley konserti BMA rəhbərliyi və tələbələri tərəfindən maarqla qarşılanıb. Orkestrin hər çıxışı sürəkli alqışlarla müşayiət olunub. Bakı Musiqi Akademiyanın 90 illiyi münasibəti ilə silsilə tədbirlərin təşkili gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR