Bank Of Baku

“ÜNS Yaradıcılıq Səhnəsi”nin 5 illik yubileyi çərçivəsində konsert keçirilib

“ÜNS Yaradıcılıq Səhnəsi”nin 5 illik yubileyi çərçivəsində konsert keçirilib
# 24 aprel 2011 08:52 (UTC +04:00)
APA-nın “Azərtac”a istinadın verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tədbirdə iştirak edib.

Konsertdə Oleq Lundstrem adına Rusiya Dövlət caz musiqisi kamera orkestri çıxış edib.

Konsertdə bakılı solistlər orkestrin müşayiəti ilə Tofiq Quliyevin mahnılarını ifa ediblər. Daha sonra isə Montre caz festivalının qalibi, pianoçu İsfar Sarabskinin və moskvalı müğənni Anna Buturlinanın ifasında caz kompozisiyaları dinlənilib.

Konsertin sonunda teatrın yubileyində iştirak edən xarici qonaqlar, mədəniyyət və incəsənət xadimləri “ÜNS”ə fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, “ÜNS” 5 il əvvəl fəaliyyətə başlayıb. Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə ithaf olunan “ÜNS” Teatr layihəsinin əsas ideyasını mədəniyyətlərarası dialoq təşkil edir. “ÜNS” Azərbaycan teatr sənətində yeni modern istiqamətin əsasını qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR