Bank Of Baku

Türkmənistanda “Türk xalqlarının mədəni irsi” mövzusunda beynəlxalq festival və elmi konfrans keçiriləcək

Türkmənistanda “Türk xalqlarının mədəni irsi” mövzusunda beynəlxalq festival və elmi konfrans keçiriləcək
# 25 aprel 2011 11:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 28-30-da Türkmənistanın Aşqabad şəhərində “Türk xalqlarının mədəni irsi” mövzusunda beynəlxalq festival və elmi konfrans təşkil ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Türkmənistan hökuməti və TÜRKSOY-un birgə təşkilatçılığı ilə türk dövlətlərinin zəngin mədəni irsinin təbliği, türkdilli xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsi məqsədilə keçiriləcək tədbirlərdə nümayəndə heyətləri müxtəlif nominasiyalarda (milli musiqi və rəqs, xalq tətbiqi sənəti, mətbəx, kino, milli geyimlər və s.) çıxış edəcəklər.

Festival çərçivəsində keçiriləcək elmi konfransda türkdilli xalqlar arasındakı münasibətlərə və mədəni əlaqələrə dair fikir mübadiləsi aparılacaq. Tədbirlərdə Azərbaycan adından Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR