Bank Of Baku

Musiqili Komediya Teatrında “Molla İbrahim Xəlil kimyagər” pyesinin motivləri əsasında tamaşa hazırlanacaq

Musiqili Komediya Teatrında “Molla İbrahim Xəlil kimyagər” pyesinin motivləri əsasında tamaşa hazırlanacaq
# 25 aprel 2011 12:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. M. F. Axundovun 200 illiyi münasibətilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Molla İbrahim Xəlil kimyagər” pyesinin motivləri əsasında tamaşa hazırlanacaq. Bu barədə APA-ya tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov məlumat verib.

Rejissor bildirib ki, gələn mövsüm - sentyabr, oktyabr aylarında tamaşanın məqşlərinə başlanılması nəzərdə tutulur. M. F. Axundovun 200 illiyinin qeyd olunması ilə bağlı ölkə başçısının müvafiq sərəncam imzaladığını xatırladan B. Osmanov deyib ki, artıq şair Əjdər Ol tərəfindən tamaşanın librettosu yazılır. Bu ilin iyun-iyul ayında xalq artisti Siyavuş Kərimi ilə tamaşanın musiqisinin yazılmasına başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR