Bank Of Baku

Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi UNESCO çərçivəsində qeyd ediləcək

Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi UNESCO çərçivəsində qeyd ediləcək
# 27 aprel 2011 13:10 (UTC +04:00)
Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsində məlumat verilib. Məlumatda bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irsin təbliği və təşviqi, mədəni müxtəlifliyinin qorunması sahəsindəki genişmiqyaslı fəaliyyətinin bir hissəsi kimi UNESCO çərçivəsində qeyd edilməsi məqsədilə namizədliyi təqdim olunan Azərbaycan milli operasının banisi Ü. Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi 2012-2013-cü illərdə UNESCO çərçivəsində ildönümü qeyd ediləcək siyahıya əlavə edilib. Azərbaycan mədəniyyətini, musiqisini, mədəni və ümümbəşəri dəyərləri əks etdirən, mühüm əhəmiyyətə malik bu əsərin yubileyi ilə əlaqədar UNESCO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, UNESCO-ya üzvlük çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi digər mühüm əhəmiyyətli tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin ildönümlərinin bu təşkilat çərçivəsində qeyd edilməsi ilə bağlı müvafiq işlər görməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR