Bank Of Baku

Ədilə Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Ədilə Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib
# 29 aprel 2011 15:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Ə.Hüseynzadənin həyat və yaradıcılığından söhbət açıb və onun Azərbaycan musiqisinin inkişafında əvəzolunmaz xidmətlər göstərdiyini deyib: “Ədilə xanımın əsərləri bizim qurultaylarımızda, plenumlarımızda, festivallarda ifa olunur. Çox istərdim ki, Ədilə xanımın musiqisinə daha çox diqqət yetirilsin və onun tərcümeyi-halı, çox maraqlı taleyi barədə gözəl kitab yaransın. Bəstəkarlar İttifaqı olaraq biz bu kitabın nəşr olunmasına dəstək verməyə hazırıq”.

Mərasimdə Azərbaycan Dövlət Simli Kvarteti - xalq artisti Uran Seyidov (I violino), Vaxtanq İmanov (viola), Vadim Sandler (II violino), Aleksey Miltıx (violonçel) bəstəkarın “Simli kvartet”ini ifa ediblər. Beynəlxalq müsabiqə laureatı Fəridə Məmmədova və Ramil Qasımov Ə. Hüseynzadənin “Günəşdən gənclik istədim”, “Bülbül”, “Qarayazı meşəsində”, “Vəslin həvəsi”, “Yadigar” romanslarını səsləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR