Bank Of Baku

Fransanın Luvr Muzeyinin direktoru Azərbaycana gələcək

Fransanın Luvr Muzeyinin direktoru Azərbaycana gələcək
# 02 may 2011 08:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fransanın məşhur Luvr muzeyinin direktoru Anri Luaret mayın 3-dən 5-nə qədər Azərbaycanda səfərdə olacaq. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, səfər zamanı Anri Luaret Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasına baxış keçirəcək, Müasir İncəsənət Muzeyində rəssam Əliyar Əlimirzəyevin sərgisinin açılış mərasiminə qatılacaq, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu, Qala Qoruğunda “Qala” Arxeoloji Etnoqrafiq Muzey Kompleksini və Mərdəkan qalalarını ziyarət edəcək.

Səfər zamanı ikitərəfli əməkdaşlıq, muzey sərvətlərinin saxlanılması, onların qorunması sahəsində, eləcə də materialların toplanmasında təcrübə mübadiləsi, Azərbaycan Dövlət İncəsənət Muzeyində Luvr Muzeyinin kolleksiyasından iki mövzuda sərgilərin təşkili və Bakıda yeni xalça muzeyinin açılış mərasimi zamanı Luvr Muzeyinin xalça kolleksiyasından bir neçə eksponatın müvəqqəti təqdim edilməsinin mümkünlüyü kimi məsələlərinin müzakirə olunması nəzərdə tutulur.

Səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Anri Luareti qəbul edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR