Bank Of Baku

Azərbaycan Kazanda keçiriləcək X Beynəlxalq Teatr Festivalında təmsil olunacaq

Azərbaycan Kazanda keçiriləcək X Beynəlxalq Teatr Festivalında təmsil olunacaq
# 02 may 2011 09:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mayın 29-dan iyunun 6-na qədər Tatarıstanın Kazan şəhərində türkdilli xalqların “Nauruz” adlı X Beynəlxalq Teatr Festivalı keçiriləcək. Azərbaycan festivalda A. Şaiq adına Dövlət Kukla Teatrının kollektivi ilə təmsil olunacaq. APA-nın məlumatına görə, kollektiv Kamran Şahmərdanın “Ağ və qara” tamaşasını nümayiş etdirəcək.

Festivalın şərtlərinə uyğun olaraq Kazana Dövlət Muğam Teatrının muğam üçlüyü də gedəcək. Muğam üçlüyünə əməkdar artist Vəsilə İbrahimova, tarzən Vüsal İskəndərzadə, kamança ifaçısı Zahid Rzayev daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR