Bank Of Baku

Musiqili Komediya Teatrı “Xanuma” komediyasının premyerasını keçirəcək

Musiqili Komediya Teatrı “Xanuma” komediyasının premyerasını keçirəcək
# 02 may 2011 12:04 (UTC +04:00)
Bakı. Pınar Ələkbərova – APA. Binası əsaslı təmirdə olan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı “Xanuma” komediyasının premyerasını keçirəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, V. Dolidze və A. Saqafelinin müəllifi olduğu iki hissəli operettanın quruluşçu rejissoru Qoça Kapanadze, quruluşçu rəssamı Lomqul Murusidzedir.

Operettanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu baletmeysteri isə xalq artisti Təranə Muradovadır.

Baş rollarda xalq artistləri Afaq Bəşirqızı, Arif Quliyev, əməkdar artistlər Xanım Qafarova və Səmayə Musayeva çıxış edəcək.

Tamaşanın premyerasının mayın 10-11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR