Bank Of Baku

Azərbaycanda İran Mədəniyyət Günləri keçiriləcək – FOTO

Azərbaycanda İran Mədəniyyət Günləri keçiriləcək – <font color=red>FOTO </font>
# 03 may 2011 09:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhramini qəbul edib. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, görüş zaman Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin dinamikasının yüksək inkişafı qeyd edilib, hələ qədim zamanlardan iki ölkə arasında formalaşmış münasibətlərin müasir dönəmdə daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Tərəflər cari ilin oktyabr ayında Azərbaycanda İran Mədəniyyət Günlərinin keçirilməsini müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR