Bank Of Baku

Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri və Fələstinin Azərbaycandakı səfiri ilə görüşüb – FOTO

Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri və Fələstinin Azərbaycandakı səfiri ilə görüşüb – <font color=red>FOTO </font>
# 03 may 2011 09:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan və BƏƏ birgə hökumətlərarası komissiyasının həmsədri Sultan Bin Səid Mansouri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə Azərbaycanla BƏƏ arasında ikitərəfli mədəni dialoqun fəallaşdırılması, ticarət və iqtisadi təmasların artırılması, turizm sahəsinin perspektiv inkişaf istiqamətləri, Azərbaycan haqda info-turların keçirilməsi kimi məsələlər müzakirə edilib. Ə. Qarayev BƏƏ-nin Ticarət Palatasında Azərbaycanın zəngin turizm potensialının təqdimatını keçirmək təklifini irəli sürüb və təklif razılıqla qarşılanıb.

Nazir daha sonra Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim ilə görüşüb. Görüş zamanı turizm və mədəniyyət sahələri üzrə iki ölkə arasında münasibətlərin inkişafını təmin etmək üçün mədəniyyət və turizm nazirlərinin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın Fələstində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, habelə bəzi konkret tədbir və layihələr müzakirə olunub. Ə. Qarayev 2013-cü ildə təşkil olunması planlaşdırılan Ümumdünya Mədəniyyətlərarası Foruma Fələstinin mədəniyyət nazirini də dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR