Bank Of Baku

“İlin kitabxanası” müsabiqəsinin nəticələri açıqlanıb

“İlin kitabxanası” müsabiqəsinin nəticələri açıqlanıb
# 03 may 2011 09:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan “İlin kitabxanası” müsabiqəsi başa çatıb. Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqə “İlin mərkəzləşdirilmiş kitabxana sistemi”, “İlin şəhər (rayon) uşaq kitabxanası”, “İlin kənd, qəsəbə kitabxana filialı” nominasiyaları üzrə keçirilib.

Müsabiqə komissiyasının yekun rəyinə əsasən “İlin mərkəzi kitabxanası” nominasiyası üzrə - Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), “İlin uşaq kitabxanası” nominasiyası üzrə Şirvan şəhər MKS-nin Uşaq Kitabxanası, “İlin kənd kitabxanası” nominasiyası üzrə Salyan rayon MKS-nin Aşağı Kürkənd kitabxana filialı qalib elan olunub.

Qaliblər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif pul mükafatları ilə təltif ediləcək, habelə sözügedən kitabxanaların mütəxəssislərinin kitabxana-informasiya sahəsinin aktual məsələlərinə dair təşkil edilən beynəlxalq konfranslarda iştirakı dəstəklənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR