Bank Of Baku

Dövlət başçısı incəsənət xadimlərinə Prezident mükafatının verilməsi haqqında sərəncam imzalayıb

Dövlət başçısı incəsənət xadimlərinə Prezident mükafatının verilməsi haqqında sərəncam imzalayıb
# 03 may 2011 17:05 (UTC +04:00)
Bakı-APA. Dövlət başçısı İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səhnə fəaliyyəti ilə bağlı əlaqədar bir sıra incəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatı veriləcək. Onların sırasında Yalçın Adıgözəlov, Aygün Bayramova, Bəsti Cəfərova, İlham Namiq Kamal, Cəfər Namiq Kamal, Məryəm Əlizadə, Rəhman Əlizadə, Məleykə Əsədova, Teymur Göyçayev, Bəxtiyar Xanızadə, Mənsum İbrahimov, Simarə İmanova, Loğman Kərimov, Nəzakət Teymurova, Azər Zeynalov, Mehriban Zəki və başqaları da var.

Bundan başqa prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Vahid Əliyev, Yadulla Haşimi, İlham Hüseynov, Səbuhi İbayev, Xoşbəxt Məmmədov, Sonaxanım Mikayılova, Nigar Rzayeva, Vəfa Rzayeva “Əməkdar artist”, Barat Alıyev və Elşad Bağırov “Əməkdar incəsənət xadimi”, Rəşid Həsənov “Əməkdar rəssam”, “Nazim Ələkbərov, Həsən Həsənov, Firəngiz Hüseynova, Qulam Nəzərov və Nurəddin Salamov “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR