Bank Of Baku

Əbülfəs Qarayev: “Tiflis Dövlət Azərbaycan Dram Teatrının gələcək aqibəti hələ də naməlum qalır”

Əbülfəs Qarayev: “Tiflis Dövlət Azərbaycan Dram Teatrının gələcək aqibəti hələ də naməlum qalır”
# 04 may 2011 12:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Gürcüstandakı Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının gələcək aqibəti hələ də naməlum olaraq qalır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, bu məsələ artıq 5 ildir iki ölkənin müzakirə mövzusudur: “Azərbaycan və Gürcüstan dövləti bu teatrın bərpası üçün lazımi işləri görməyə hazırdır. Problem ondadır ki, həmin binanın yarısında insanlar yaşayır. Hazırda da söhbət yalnız o insanların köçürülməsindən gedir. Əgər o insanlar evlə təmin olunub köçürülərsə, dərhal Azərbaycan dövləti təsdiq olunmuş plana uyğun olaraq bərpa işləri aparacaq. Amma biz danışıqları davam etdirəcəyik. Ümidvaram ki, danışıqlar müsbət nəticə verəcək”.

Nazir bildirib ki, Gürcüstanda Nəriman Nərimanovun ev muzeyi ilə bağlı problem həll olunub. Muzeyə yeni bina veriləcək. Mirzə Fətəli Axundovun muzeyinin yerləşdiyi bina isə artıq Azərbaycanın əmlakıdır: “Orada yenidənqurma işləri görülür. Ora muzey olmaqla yanaşı, həm də Azərbaycanın mədəniyyət mərkəzi olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR