Azərbaycanın birinci xanımı Müasir İncəsənət Muzeyində “Sənət inciləri” adlı sərgi ilə tanış olub
“Van Cleef & Arpels” şirkətinin tarixi sənət kolleksiyasının və azərbaycanlı Əməkdar Rəssam Əliyar Əlimirzəyevin biri digərindən maraqlı əsərlərinin təqdim olunduğu sərginin açılış mərasimində “Van Cleef & Arpels” Evinin prezidenti Stanislas de Kersiz, Fransanın məşhur Luvr Muzeyinin direktoru Anri Luaret, tanınmış kinoaktrisa Katrin Denev, mədəniyyət və incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Məşhur “Van Cleef & Arpels” şirkəti 1896-cı ildə Parisdə yaradılıb. Şirkətdə hazırlanan zərgərlik məmulatı dünyada sənət inciləri kimi tanınır. XX əsrin əvvəllərində hind maharacalarından tutmuş Vindzor hersoginyası və kral ailəsinin üzvü, zəngin və nüfuzlu Qreys Kelli və Hollivud ulduzlarına qədər çoxları zəriflik və incəliyinə görə “Van Cleef & Arpels” şirkətinin zərgərlik məmulatına üstünlük veriblər. Şirkətin tarixi kolleksiyası dünyanın ən tanınmış muzeylərində nümayiş olunur.
Müasir İncəsənət Muzeyində açılan sərgi “Van Cleef & Arpels”in yaradıcılıq dünyasının əsasını təşkil edən dörd əsas mövzuya həsr olunub: Təbiət, Şərq dünyası, yüksək moda və görünməz çərçivə. Sərgidə hər bir mövzu xüsusi çalara malik ayrıca sahə üzrə təqdim edilmişdir.
Bildirilib ki, “Sənət inciləri” sərgisi eyni yaradıcı ideyanı paylaşan iki fərqli ifadə tərzini bir araya gətirməklə Fransa və Azərbaycan arasında mədəni dialoqu nümayiş etdirir. Bu yaradıcı ideyanın bir qolu “Van Cleef & Arpels”in məhsullarında, digər qolu isə Azərbaycan rəssamı Əliyar Əlimirzəyevin əsərlərində təcəssüm tapıb. Buna görə də həm Ə.Əlimirzəyevin əsərləri, həm də “Van Cleef & Arpels”in nadir sənət nümunələri bir-birini heyrətamiz şəkildə tamamlayır.
Sərgi ilə tanışlıq zamanı tanınmış fransız kinoaktrisası Katrin Denev Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat verib ki, Asiya və Şərq “Van Cleef & Arpels” üçün ən sevilən mövzulardan biridir. Həmin mədəniyyətlərin arxitekturası, tətbiqi və dekorativ incəsənəti “Van Cleef & Arpels”in məhsullarının orijinallığına və nadirliyinə güclü təsir göstərib. Bu tanınmış brendin kolleksiyasındakı əksər əsərlərin ustaları “Min bir gecə” nağıllarının sehirli, sirli və valehedici dünyasından, Böyük İpək yolu barədə əfsanələrdən ilham almışlar. Bir çox imperiyaların cah-calalı məhz bu zərgərlik nümunələrində canlandırılır. Rəngbərəng daşlardan ibarət olan bu sənət nümunələri Misir ehramlarını, fironlar dövrünü xatırladır.
Təbiətin əsrarəngiz gözəlliyi 1920-ci ildən başlayaraq “Van Cleef & Arpels”in əsas ilham mənbələrindən biri olub, brendə dünya şöhrəti qazandırıb. Naturalizm ruhu ilə bədii zövq azadlığını özündə əks etdirən bu nadir nümunələr zərifliyi və incəliyi ilə seçilir. Təbiətin sonsuz möcüzələrini əks etdirən əsərlər bu gün də brendin ən çox müraciət etdiyi mövzulardan biri olaraq qalır, flora və faunanı zərgərlik sənətinin yeni kolleksiyalarında uğurla əks etdirir.
“Van Cleef & Arpels” brendi gözəllik və zövqlü dəb ilə sıx bağlıdır. Bu, təsadüfi deyildir. Çünki Fransanın paytaxtı dəbin və gözəlliyin mərkəzi sayılır. “Van Cleef & Arpels” bir sıra aksessuarların yaradılmasına ilham vermişdir. Axşam əl çantaları, minodyerlər, portsiqarlar brendin ən tələbkar və zövqlü müştərilərini cəlb edir.
“Van Cleef & Arpels” yarandığı gündən daim mükəmməllik axtarışında olub və qiymətli daşların gözəlliyini daha da artırmağa çalışıb. Lakin bu məsələnin həllində şirkətin mütəxəssisləri çətinliklə də rastlaşıblar. Belə ki, zinət əşyalarının çərçivəsinin ağırlığı ən yüngül məmulat üçün belə problemə çevrilirdi. İxtiraçı zərgərlər uzun müddət metal korsetləri görünməz çərçivələrlə əvəz etmək axtarışında olublar. Nəhayət, 1933-cü ildə gözə görünməyən əfsanəvi çərçivənin yaradılması uğurla nəticələnib. Bunun sirri isə son dərəcə nazik olan qızıl tordur. Həmin torun konturu ilə daşlar dəqiqliklə bərkidilir. Bu eksklüziv bərkitmə texnikası daşların bütün gözəlliyini, təkrarolunmazlığını, yüngüllüyünü və parlaqlığını nümayiş etdirməyə imkan verir. Gözə görünməyən çərçivə bu gün də brendin fəxridir və bir nəsildən digərinə ötürülür.
“Van Cleef & Arpels”in zinət əşyaları ilə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəssam Əliyar Əlimirzəyevin əsərlərinə baxdı. Rəssamın kompozisiyaları yuxu kimi paradoksaldır, onun gözlənilməz, parlaq, solğun boyalarının rəngarəngliyinə həm də bir qədər melanxoliya qatılır. Bu sehirli ekspressionizm Şərq nağıllarını xatırladır. Məhz buna görə də rəssamın əsərləri və “Van Cleef & Arpels”in məhsulları ideya ifadəsinə görə bir-birini tamamlayır.
Əliyar Əlimirzəyev 2004-сi ildə Parisdə “Grands et Jeunes” Beynəlxalq sərgisində “Qran-pri” mükafatına layiq görülüb. Rəssam “Van Cleef & Arpels” brendinin zərgərlik məhsullarının bənzərsiz naxışlarından ilhamlanaraq qadın ilə cavahirat arasındakı bağlılığı yaradıcı təxəyyülünün süzgəcindən məharətlə keçirərək bir sıra orijinal əsərlər yaradıb. Onun yaradıcılığı yüksək fantastik təxəyyüllə fiqurativ yanaşmanı özündə birləşdirir. Rəssamın əsərləri Moskva, Paris, Vaşinqton, Kopenhagen, Seul, Pekin, İstanbul, Berlində nümayiş olunur və müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
Müasir İncəsənət Muzeyində açılan bu sərgidə nümayiş olunan əsərlərin leytmotivini qısaca belə ifadə etmək olar: zərifliyi və gözəlliyi vəhdətdə təcəssüm etdirən incəsənət nümunələri.
Nadir sənət nümunələrinin nümayiş olunduğu ekspozisiya sərgiyə gələnlərdə böyük maraq doğurub.
Sərgi iyunun 5-dək davam edəcək.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
ISW: Ukrayna ordusu Rusiyanın Kupyansk istiqamətində irəliləməsinə mane olur
Ramanada tullantılar tinglərlə dəyişdiriləcək
İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Rusiyanın Perm diyarına PUA hücumu olub, 5 nəfər xəsarət alıb
Sabah Bakıda yağış yağacağı, şimşək çaxacağı gözlənilir - PROQNOZ
Tovuzda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
FHN ölkə üzrə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTOLENT
Bakıda Kanaki və Tahiti komandalarına dəstək aksiyasından maraqlı fotolar
Yeni Kaledoniyadan dəstək aksiyasının iştirakçısı: Gənc futbolçularımızın bizi Bakıda təmsil etməsi böyük qürurdur
Fransız Polineziyasından dəstək aksiyasının iştirakçısı: Gənclərimizin Bakıda yarışması bizi sevindirir
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT - YENİLƏNİB
Naxçıvan-Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var - FOTOLENT
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib - FOTOLENT
İlham Əliyev Qazaxıstan Prezidentini Respublika Günü münasibətilə təbrik edib
Neftçalada aylıq normadan çox yağış yağıb, bəzi rayonlara qar düşüb - FAKTİKİ HAVA
Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - FOTOLENT
Bolqarıstanda prezident seçkiləri keçirilir
Lissabonda polis etirazçılara müdaxilə edib, saxlanılanlar var - FOTOLENT
Bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
İordaniyada kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB
Müdafiə naziri: Britaniya 1000 gün ərzində müharibəyə hazır olmalıdır
Ərəb koalisiyası ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını vurub
İsrail ordusu seçki öncəsi hazırlıq səviyyəsini maksimuma çatdırıb
Tramp Danimarkanın Qrenlandiyanı ABŞ-a verdiyini düşünür
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
İtaliyada etirazlar zamanı 371 nəfər saxlanılıb
Tramp ABŞ Konqresinə seçkilərdə iştirak edib
İran ABŞ-a yeni təkliflər göndərməsi ilə bağlı xəbərləri təkzib edib
Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər
Prezident İlham Əliyevin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Tramp İrana yeni zərbələr endirilə biləcəyini istisna etməyib
İran ABŞ-ın blokadanı aradan qaldırması müqabilində Hörmüzü açmağı təklif edib
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib