Bank Of Baku

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ermənilərin daha bir saxtakarlığının qarşısını alıb

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ermənilərin daha bir saxtakarlığının qarşısını alıb
# 05 may 2011 10:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mədəniyyət və Turizm Nazirliyi Sankt-Peterburqdakı “Puşkinskiy dom” Rus Ədəbiyyatı İnstitutunda saxlanılan milli musiqi nümunələrini Azərbaycana qaytarıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir müddət əvvəl sözügedən institutda Azərbaycanın musiqi folkloru nümunələrinin (səs yazılarının) və həmin materiallara aid yazılı sənədlərin saxlanıldığı müəyyən edilib. Keçən əsrin 20-30-cu illərində keçirilmiş ekspedisiyalar zamanı toplanmış bir sıra muğam, aşıq musiqisi, digər Azərbaycan folkloru nümunələri erməni xalq musiqisi kimi qeydə alınıb. Nazirliyin Rusiya tərəfi ilə apardığı danışıqlar nəticəsində həmin materiallar rəqəmsal daşıyıcılara köçürülərək Azərbaycana qaytarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR