Bank Of Baku

Azərbaycan və İsveçrə milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb

Azərbaycan və İsveçrə milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb
# 05 may 2011 13:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mirzə Fətəli Axundov adına Milli Kitabxana ilə İsveçrə Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb. Milli Kitabxanadan APA-ya verilən məlumata görə, Memorandumu Azərbaycan tərəfindən Milli Kitabxananın direktoru Kərim Tahirov, İsveçrə Konfederasiyası tərəfindən İsveçrə Milli Kitabxanasının direktoru Mari-Kristin Doffi imzalayıb. Memorandumda yaxın 5 il ərzində Azərbaycan Milli Kitabxanası ilə İsveçrə Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq perspektivləri, beynəlxalq kitab mübadiləsi, sistemli olaraq yeni ədəbiyyat mübadiləsi, təcrübə, biblioqrafik yazıların mübadiləsi, beynəlxalq sərgi, konfrans və seminarların keçirilməsi öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR