Bank Of Baku

Ermənistan “Aşıq Qərib” musiqisi nümunəsinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında erməni musiqisi kimi qəbul olunması üçün bu quruma müraciət edib

Ermənistan “Aşıq Qərib” musiqisi  nümunəsinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında erməni musiqisi kimi qəbul olunması üçün bu quruma müraciət edib
# 06 may 2011 10:26 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Ermənistan Azərbaycana məxsus “Aşıq Qərib” musiqi nümunəsinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında erməni musiqisi kimi qəbul olunması üçün bu beynəlxalq quruma təqdim edib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verib. O, bu kimi məsələlərlə bağlı Azərbaycan tərəfinin apardığı ədalət mübarizəsinin gücləndirilərək davam etdirilməsinin zəruriliyini vurğulayıb.

“Vaxtilə mənim əmim Qara Qarayevi də erməni musiqiçi kimi təqdim etmişdilər” – deyə, Ə. Qarayev xatırladıb.

Nazir bu məsələdə Azərbaycan ictimaiyyətinin, o cümlədən jurnalistlərin rolunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR