Bank Of Baku

Uşaq Xor Kollektivlərinin VII Respublika Müsabiqəsinin yekun konserti keçiriləcək

Uşaq Xor Kollektivlərinin VII Respublika Müsabiqəsinin yekun konserti keçiriləcək
# 10 may 2011 10:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilmiş Uşaq Xor Kollektivlərinin VII Respublika Müsabiqəsinin yekun konserti keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xor kollektivlərinin müsabiqələrin keçirilməsində əsas məqsəd xor mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, eyni zamanda xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi və həvəsləndirilməsidir.

Qeyd edək ki, müsabiqə aprelin 4-28-də zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan şəhərlərində və Ağcabədi rayonunda keçirilib. Tədbirdə ölkənin şəhər və rayonlarından 10 min nəfərdən çox şagird iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR