Bank Of Baku

Berlin Filarmoniyasında Alim Qasımovun konserti keçirilib

Berlin Filarmoniyasında Alim Qasımovun konserti keçirilib
# 11 may 2011 09:50 (UTC +04:00)
Bakı – APA. Mayın 10-da Berlin Filarmoniyasında Azərbaycanın xalq artisti Alim Qasımov və onun rəhbərlik etdiyi musiqi qrupunun Kronos kvarteti ilə birgə layihə əsasında hazırladığı konserti keçirilib. Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, konsertdə çoxsaylı mötəbər qonaqlarla yanaşı, Azərbaycan Respublikasının Almaniyadakı Səfiri Pərviz Şahbazov da iştirak edib.

Artıq Almaniya musiqi auditoriyası üçün tanış olan və onlar tərəfindən sevilən dəyərli sənətkarlar Alim Qasımov və Fərqanə Qasımova bu dəfə də milli muğamları yüksək məharətlə ifa edərək dinləyicilərin ürəklərini fəth ediblər.

Konsertdən sonra Azərbaycanın Almaniyadakı səfiri Alim Qasımovu təbrik edərək ona Azərbaycan mədəniyyətini layiqli təmsil etdiyinə görə öz dərin təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR