Bank Of Baku

“Azərbaycanfilm” Dövlət Kinostudiyasının yenidən qurulması üçün layihə hazırlanacaq

“Azərbaycanfilm” Dövlət Kinostudiyasının yenidən qurulması üçün layihə hazırlanacaq
# 11 may 2011 11:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu il Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının yenidən qurulması üçün layihə hazırlanacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, Kann Film Festivalı çərçivəsində Fransa şirkətlərinin nümayəndələri ilə bu mövzuda danışıqlar aparılacaq: “Sabah Kann festivalında Azərbaycanın kino pavilyonu təqdim ediləcək. Orada Fransa şirkətlərinin nümayəndələri ilə görüşlərim olacaq, bu istiqamətdə danışıqlar davam etdiriləcək. Ümidvarıq ki, ilin axırına qədər Azərbaycanda kinostudiyanın yenidən qurulması üçün layihə hazırlanacaq”.

Qeyd edək ki, aprelin 5-də Fransa şirkətinin əməkdaşları Bakıya gələrək “Azərbaycanfilm” kinostudiyasının laboratoriyaları, texnikası ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR