Bank Of Baku

Ukraynada yaşayan soydaşlarımız Eurovision qələbəmizi qeyd ediblər

Ukraynada yaşayan soydaşlarımız Eurovision qələbəmizi qeyd ediblər
# 15 may 2011 18:37 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın “Eurovision -2011” mahnı müsabiqəsində əldə etdiyi qələbə Ukraynada yaşayan azərbaycanlı gənclər tərəfindən böyük coşqu ilə qarşılanıb. APA-nın xəbərinə görə, Azərbaycanın “Eurovision -2011” mahnı müsabiqəsində əldə etdiyi qələbə ilə bağlı Ukrayna Azərbaycanlı Gənclər Birliyi Ukraynanın bir sıra gənclər təşkilatları ilə birgə tədbir keçirib.

Yüzlərlə gəncin qatıldığı tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, birliyin sədr müavini Cavid Hüseynzadə və baş katibi Ayaz Salmanov çıxış edərək, sevinclərini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR