Bank Of Baku

Kremldə “Azərbaycan gecəsi” keçiriləcək

Kremldə “Azərbaycan gecəsi” keçiriləcək
# 16 may 2011 12:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Mayın 17-də Rusiyanın Dövlət Kreml Sarayında “Azərbaycan gecəsi” keçiriləcək. APA-nın xəbərinə görə, gecənin təşkilatçıları Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyidir.

Konsert proqramında beynəlxalq müsabiqələrin qalibi olmuş Murad Adıgözəlzadə, İsfar Sarabski və digər sənətçilərin ifasında Azərbaycan kompozisiyaları, Azərbaycanın məşhur bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, dünya klassikləri Pyotr Çaykovski, Nikolay Rimski-Korsakov, Antonio Vivaldi və başqalarının əsərləri səslənəcək.

Tədbir çərçivəsində “Azərbaycan” kitabının təqdimatı və Azərbaycan xalçaçılıq məktəbinin nümunələrindən ibarət sərgi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR