Bank Of Baku

MDB Hökumət Başçıları Şurasının növbəti toplantısında Azərbaycanın təklifi müzakirə olunacaq

MDB Hökumət Başçıları Şurasının növbəti toplantısında Azərbaycanın təklifi müzakirə olunacaq
# 17 may 2011 15:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mayın 19-da Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti toplantısı keçiriləcək. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, iclas zamanı Azərbaycan tərəfindən təklif olunmuş “MDB dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlığı üzrə Konsepsiya” və Konsepsiyanın həyata keçirilməsi məqsədilə hazırlanmış “2015-ci ilə qədər MDB dövlətlərinin mədəniyyət sahəsində əsas tədbirləri” müzakirə ediləcək.

Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq əlaqələr və protokol sektorunun müdiri, MDB üzv dövlətlərinin mədəniyyət siyasəti üzrə işçi qrupunun rəhbəri Rauf Paşayev toplantıda məruzəçi qismində iştirak edəcək.

“MDB dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlığı üzrə Konsepsiya” və “2015-ci ilə qədər MDB dövlətlərinin mədəniyyət sahəsində əsas tədbirləri” artıq ekspertlər səviyyəsində razılaşdırılıb və MDB-nin Xarici İşlər Nazirləri Şurası tərəfindən bəyənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR