Bank Of Baku

Fransa və Polşa teatr mütəxəssisləri Yuğ Dövlət Teatrında ustad dərsləri keçir

Fransa və Polşa teatr mütəxəssisləri Yuğ Dövlət Teatrında ustad dərsləri keçir
# 18 may 2011 11:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yuğ Dövlət Teatrında xarici ölkələrdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə müxtəlif seminar və müzakirələr, ustad dərsləri keçirilir. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, son 10 gün ərzində Yuğ Dövlət Teatrında 2 ustad dərsi keçirilib, üçüncüsü isə bu gün olacaq.

Ötən həftə – 10, 11, 12 may tarixlərində Fransa səfirliyi ilə Yuğ Dövlət Teatrının birgə təşkil etdiyi ustad dərsləri və müasir teatr sənəti mövzusunda seminarlar teatr ictimaiyyəti, xüsusən də gənclər tərəfindən maraqla qarşılanıb.

Mayın 17-də isə başda Rışard Kalinovski olmaqla, Polşanın ilk rəqs teatrı olan Lyublin Rəqs Teatrını təmsil edən yaradıcı qrup Yuğ Teatrında ustad dərsləri keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR