Bank Of Baku

“Almaniya bir rəssamın gözü ilə” adlı rəsm sərgisinin açılışı olub

“Almaniya bir rəssamın gözü ilə” adlı rəsm sərgisinin açılışı olub
# 19 may 2011 15:33 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Alman-Azərbaycan Mədəniyyət Mərkəzi “Kapellhaus”da “Almaniya bir rəssamın gözü ilə” adlı rəsm sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgi Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Qız Qalasi” və “Berlin-Baku” qalereyaları tərəfindən təşkil olunub.
Almaniyanın Azərbaycandakı səfir Herbert Kvelle açılış mərasimində çıxış edərək bildirib ki, belə sərgi Bakıda 4-cü dəfədir keçirilir və sərgidə qalib gələn rəssamlar Almaniyaya səfər imkanı qazanacaqlar. Sonra səfir 3 mükafatçıya diplomlar təqdim edib.
Sərginin açılışına Rəssamlıq Akademiyasının tələbə və müəllim heyəti, Azərbaycanda akkreditə olunmuş bəzi diplomatik missiyaların başçıları qatılıb.
Qeyd edək ki, sərgi iyunun 10-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR