Bank Of Baku

Borçalıdan olan aşıq Tehranda keçirilən festivalda iştirak edib - FOTO

Borçalıdan olan aşıq Tehranda keçirilən festivalda iştirak edib - <font color=red>FOTO </font>
# 20 may 2011 11:36 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Borçalıda yaşayan və fəaliyyət göstərən ustad sənətkar Aşıq Məhəmməd Sadaxlı mayın 12-dən 16-na qədər Tehranda keçirilən Aşıqlar Festivalında iştirak edib. M. Sadaxlı APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Azərbaycanın Tovuz rayonundan gələn Aşıq Mahmud Məmmədovun da iştirak etdiyi festivala Tacikistandan, Özbəkistandan, İranın Təbriz və Urmiya şəhərlərindən gələn aşıqlar da qatılıb.

Aşıq Məhəmməd Sadaxlı festivalda bir neçə divani, gəraylı oxuyub və “Cahangir” dastanından bir parçanı söyləyib. Tovuzlu Aşıq Mahmud isə “Abbas və Gülgəz” dastanından bir parça söyləyib. Festivaldan sonra mətbuat və televiziya nümayəndələri aşıqlarımızdan müsahibələr götürüblər.

Qeyd edək ki, ustad Aşıq Məhəmməd Sadaxlı 12-yə qədər dastanın müəllifidir. Saz sənəti ilə 12 yaşından məşğul olur. 80 el havasını məharətlə çala bilir. Bir neçə şeir kitabının müəllifidir. O, vaxtaşırı Türkiyədə keçirilən beynəlxalq tədbirlərdə də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR