Bank Of Baku

Gürcüstan Akademik Dram Teatrının kollektivi Bakıda qastrol səfərindədir

Gürcüstan Akademik Dram Teatrının kollektivi Bakıda qastrol səfərindədir
# 20 may 2011 14:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Kote Marcanisvili adına Gürcüstan Akademik Dram Teatrının kollektivi Bakıda qastrol səfərindədir. APA-nın məlumatına görə, teatrın rəhbəriliyi və yaradıcı heyətinin iştirakı ilə bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mətbuat konfransı keçirilib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov deyib ki, səfər çərçivəsində mayın 19-da Gürcüstan Akademik Dram Teatrının kollektivinin ifasında tamaşa nümayiş olunub və böyük hərarətlə qarşılanıb: “Dünən Gürcüstan teatrı Bakıda “Moruq” tamaşasını nümayiş etdirib. Bu gün isə “Piqmalion” tamaşasını göstərəcəklər. Hər iki tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Levan Tsuladzedir. Bu əməkdaşlıq ikitərəfli həyata keçiriləcək və davamlı olacaq”.

Gürcüstanlı aktyorlar isə Bakı səhnəsində çıxışlarından məmnunluqlarını ifadə ediblər və buna görə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbərliyinə minnətdarlıq bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR