Bank Of Baku

Azərbaycanın mədəniyyət və turizm naziri ABŞ-dan Çinə yola düşüb

Azərbaycanın mədəniyyət və turizm naziri ABŞ-dan Çinə yola düşüb
# 23 may 2011 15:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-da keçirilmiş 11-ci Qlobal Səyahət və Turizm Sammitində iştirakını bitirib və Çində keçirilən Azərbaycanın Mədəniyyət Günlərində iştirak etmək məqsədilə bu ölkəyə yola düşüb. Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, Çindəki tədbirlərdə iştirak edən nümayəndə heyətinin tərkibinə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, eləcə də parlament və İcra Hakimiyyəti nümayəndələri də daxildir.
Mədəniyyət günləri çərçivəsində təşkil olunacaq tədbirlərdə rəsmi və işçi qrupla yanaşı məşhur solistlər, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Azərbaycan Dövlət Kamera Orkestrinin musiqiçiləri və media nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, Əbülfəs Qarayevin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti ABŞ-ın Las Veqas şəhərində keçirilən 11-ci Qlobal Səyahət və Turizm Sammit çərçivəsində Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Turner Enterprises şirkətinin prezidenti və CNN kanalının sahibi Ted Törner və turizmin inkişafı ilə məşğul olan dünyanın aparıcı mütəxəssisləri ilə görüşlər keçirib. Sammit zamanı Ümumdünya Səyahət və Turizm Şurasının (World Travel and Tourism Council) prezidenti Devid Skousil (David Scowsill) ilə görüş keçirən nazir ÜSTŞ ilə əməkdaşlıq və analoji tədbirlərin Azərbaycanda keçirilməsinin perspektivlərini müzakirə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR