Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Minskdə qeyri-maddi mədəni irsin qorunması perspektivləri ilə bağlı keçirilən tədbirdə iştirak edib

Azərbaycan nümayəndə heyəti Minskdə qeyri-maddi mədəni irsin qorunması perspektivləri ilə bağlı keçirilən tədbirdə iştirak edib
# 24 may 2011 11:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Minsk şəhərində təşkil olunmuş UNESCO-nun görüş-treninqində qeyri-maddi mədəni irsin qorunması perspektivləri araşdırılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazirliyin nümayəndə heyəti iştirak edib. Görüş-treninqə Azərbaycan nümayəndə heyəti ilə yanaşı Belarus, Bolqarıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rusiya, o cümlədən UNESCO nümayəndələri qatılıb. Görüş-treninqin əsas aparıcısı qismində Qeyri-maddi Mədəni İrsin Qorunmasına dair UNESCO Konvensiyasının ilk katibi və məşqçi-eksperti Smits Qenrikus çıxış edib. Üç gün davam edən görüş-treninq zamanı Qeyri-maddi Mədəni İrsin Qorunmasına dair UNESCO Konvensiyasının və bunun icrası üzrə Operativ Rəhbərliyin təqdimatı keçirilib, qeyri-maddi mədəni irsin qorunması işində dövlətin, icmaların və digər maraqlı tərəflərin rolu; qeyri-maddi mədəni irsin müəyyən edilməsi, sənədləşdirilməsi və siyahıya alınması kimi mövzular təhlil edilib və müvafiq nəticələr alınıb.
Azərbaycan nümayəndə heyəti dövlətimiz tərəfindən milli qeyri-maddi mədəni irsin qorunması istiqamətində aparılan siyasəti təqdim edib, müvafiq tədbirlər nəticəsində Azərbaycan muğamının, Aşıq sənətinin, Novruz bayramının və Xalçaçılıq sənətinin UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı”na daxil edilməsi haqqında məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR