Bank Of Baku

Azərbaycan tərəfindən təklif olunmuş “MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlığı üzrə Konsepsiya” qəbul edilib

Azərbaycan tərəfindən təklif olunmuş “MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlığı üzrə Konsepsiya” qəbul edilib
# 24 may 2011 11:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti toplantısı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, iclas zamanı 2007-ci ilin mayında Azərbaycan tərəfindən təklif olunmuş “MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlığı üzrə Konsepsiya” və Konsepsiyanın həyata keçirilməsi məqsədilə hazırlanmış “2015-ci ilə qədər MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əsas tədbirləri” adlı sənədlər qəbul olunub.
Hər iki sənəd əvvəlcə ekspertlər səviyyəsində razılaşdırılıb və MDB-nin Xarici İşlər Nazirləri Şurası tərəfindən bəyənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR