Bank Of Baku

Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əməkdaşlığa dair protokol imzalanıb
# 25 may 2011 13:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İmzalanma mərasimi Çində keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində baş tutub. İmzalanmadan sonra Azərbaycan nümayəndə heyəti Böyük Çin Səddini ziyarət edib.

Çində səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çinli həmkarı Çai Vu ilə görüş keçirib. Mədəniyyət sahəsi üzrə iki ölkə arasında əməkdaşlığın perspektivlərindən söz açan Ə. Qarayev bu əməkdaşlığn daha da güclənməsi üçün qarşı tərəfi Azərbaycana səfərə dəvət edib. O, həmkarına 2012-ci ildə Azərbaycanda Çin Mədəniyyət Günlərinin təşkil olunmasını təklif edib, ilkin tədbirlər planı hazırlanması və mədəniyyət sahəsi üzrə işçi qrupun yaradılmasının zəruriliyini vurğulayıb. Eyni zamanda tərəflər muzey, abidələr və kitabxanalar sahəsində ikitərəfli əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR