Bank Of Baku

Tiflisdə Gürcüstanın və Azərbaycanın müstəqillik günlərinə həsr olunmuş xalça sərgisi keçirilib - FOTO

Tiflisdə Gürcüstanın və Azərbaycanın müstəqillik günlərinə həsr olunmuş xalça sərgisi keçirilib - <font color=red>FOTO</font>
# 25 may 2011 15:42 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə Mirzə Fətəli Axundov adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanın və Gürcüstanın müstəqillik günlərinə həsr edilmiş xalça sərgisi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mərkəzin direktoru Leyla Əliyeva sərginin bu günlərdə keçirilməsinin tarixi əhəmiyyət daşıdığını bildirib.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə, parlamentin deputatı Ramin Bayramov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, parlamentin sabiq deputatı İshaq Novruzov və başqaları çıxış edərək Azərbaycanın və Gürcüstanın müstəqillik tarixlərinin məhz Gürcüstan paytaxtında elan olunduğunu vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR