Bank Of Baku

Tarix Muzeyində 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Tarix Muzeyində 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib
# 26 may 2011 10:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olduğunu və bunun Azərbaycan xalqının tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyduğunu bildirib.

N. Vəlixanlının açılış nitqindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Muzey ekpozisiyasında olan tədbirin mövzusuna uyğun olan materiallar slayd şəkildə monitorda göstərilib. Dövlət Pedoqoji Universitetin professoru Vaqif Əliyev, muzeyin elmi işçisi Aqil Əhmədov və başqaları mövzuya dair çıxışlar ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR