Bank Of Baku

Sevda Məmmədəliyeva Kiyev Təşəbbüsü Regional Proqramının iştirakçı-ölkələrinin Mədəniyyət Nazirlərinin konfransında iştirak edir

Sevda Məmmədəliyeva Kiyev Təşəbbüsü Regional Proqramının iştirakçı-ölkələrinin Mədəniyyət Nazirlərinin konfransında iştirak edir
# 26 may 2011 10:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Ukraynanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Yalta şəhərində Kiyev Təşəbbüsü Regional Proqramının iştirakçı-ölkələrinin Mədəniyyət Nazirlərinin konfransı öz işinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Yaltada keçirilən mədəniyyət nazirlərinin bu konfransında həmçinin Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs üzrə direktoru Robert Palmer, Avropa Şurasının Mədəniyyət siyasəti, Müxtəliflik və Dialoq bölməsinin müdiri xanım Katrin Merkle, Avropa İttifaqının Ukraynadakı Nümayəndəliyinin birinci katibi Holger Rommen, ekspertlər, PP2 layihəsinin koordinatorları və digər Kiyev Təşəbbüsü Regional Proqramı üzrə mütəxəssislər təmsil olunur.

Konfrans zamanı “Kiyev Təşəbbüsü: inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, mədəniyyət siyasəti və vətəndaş cəmiyyəti arasında sinerji – təcrübələr, problemlər və gələcək perspektivlər”, “Kiyev təşəbbüsü regionlar üzrə mədəniyyət siyasəti: son zamanlar ərzində baş verən dəyişikliklər və çətinliklər”, “Kiyev Təşəbbüsü: 2-ci Pilot Layihə (PP2): Tarixi şəhərlərdə mədəni irsin bərpa edilməsi” və “Qara Dəniz və Cənubi Qafqaz regionu Mədəniyyət Nazirlərinin Şurası konsepsiyası” kimi sənədlər müzakirə olunacağı gözlənilir.

Mayın 27-də də davam edəcək konfransın yekunu olaraq Yalta bəyannaməsinin təqdimatı və imzalanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR