Bank Of Baku

“Buratino” tamaşası ilk dəfə Azərbaycan dilində səhnəyə qoyulacaq

“Buratino” tamaşası ilk dəfə Azərbaycan dilində səhnəyə qoyulacaq
# 26 may 2011 10:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyası yeni tamaşasını 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə günündə təqdim edəcək. Studiyanın üzvləri tərəfindən ilk dəfə olaraq məşhur “Buratino” (Aleksey Tolstoy, Aleksey Rıbnikov) tamaşası Azərbaycan dilində nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsəri Azərbaycan dilinə Nicat Kazımov tərcümə edib. Tamaşada əsas rollarda studiyanın balaca aktyorları Kənan Eyvazov, Fidan Axundova, Cavid Babayev, Qulam Rza Rəngamiz, Zaur Səmədov, Cəvahir Hüseynova, Seyran Dadaşov, Ədilə Cəfərova, Rüstəm Haciyev oynayacaqlar. Bu, onların debüt tamaşaları olacaq. Uşaqlarla yanaşı, teatrın gənc aktyorları Fərid Rzayev, Xəyalə Fərəcova da onlarla eyni səhnəni bölüşəcəklər.

Tamaşanın quruluşçu rejissorları Mehman Cəfərov və Elməddin Dadaşovdur. İlk tamaşaya şəhərdəki uşaq evlərində tərbiyə alan balacaların da dəvət edilməsi nəzərdə tutulur. Tədbir iyun ayının 1-də saat 12:00-da teatrın müvəqqəti yerləşdiyi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin Mədəniyyət Evində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR