Bank Of Baku

Azərbaycanda ölkə naşirlərinin birliyinin yaradılması qərara alınıb

Azərbaycanda ölkə naşirlərinin birliyinin yaradılması qərara alınıb
# 27 may 2011 10:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında ölkədə fəaliyyət göstərən nəşriyyat, poliqrafiya müəssisəsi və kitab yayımı təşkilatları rəhbərlərinin görüşü keçirilib. APA-nın məlumatına görə, 60-a yaxın kitab istehsalçısının bir araya gəldiyi toplantıda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edib.

V. Əliyev müvafiq icra hakimiyyəti orqanı tərəfindən bütün kütləvi çap məhsullarına Respublika Standart Kitab Nömrəsinin verilməsinin və nəşrin Respublika Nəşr Reyestrinə daxil edilməsinin bu sahədə faydalı nəticələr verə biləcəyini deyib. O, son 5 ildə Azərbaycan kitabının 30 beynəlxalq kitab sərgisində nümayiş etdirildiyini, bu kitabların Azərbaycan səfirliklərinin kitabxanalarına verildiyini söyləyib.

Tədbirdə “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, “Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundov, “Avrasiya press” nəşriyyatının rəhbəri Umud Rəhimoğlu, “Şirvannəşr” nəşriyyatının direktoru Qəşəm İsabəyli, “Kitab Klubu”nun direktoru Elxan Rzayev, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, “Əli və Nino” kitab dükanları şəbəkəsinin direktoru Nigar Köçərli və başqaları çıxış ediblər.

Sonda iştirakçılar ölkə naşirlərinin birliyinin yaradılmasını məqsədəuyğun sayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR