Bank Of Baku

Azərbaycanla Böyük Britaniya arasında viza rejiminin asanlaşdırılması müzakirə edilib – FOTO

Azərbaycanla Böyük Britaniya arasında viza rejiminin asanlaşdırılması müzakirə edilib – <font color=red>FOTO </font>
# 27 may 2011 14:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mark Fieldin başçılıq etdiyi Britaniya-Azərbaycan Parlament Qrupunun 9 nəfərdən ibarət olan nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, qonaqları salamlayan nazir Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulayıb. Nümayəndə heyətinin başçısı Mark Field “Eurovision” mahnı müsabiqəsindəki qələbə münasibətilə Ə. Qarayevi təbrik edib və Azərbaycanın 2012-ci ildə bu müsabiqəni böyük uğurla keçirəcəyindən əmin olduğunu söyləyib.

Tərəflər Azərbaycanla Böyük Britaniya arasında turizm əlaqələrini daha da inkişaf etdirmək məqsədilə Azərbaycanda info-turların keçirilməsi, viza rejiminin asanlaşdırılması məsələsini də müzakirə ediblər.

Görüş zamanı Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında mədəniyyət nümunələrinin, mədəni irs və abidələrin qorunması üzrə işlərin görülməsi, eləcə də regional, qlobal və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR