Bank Of Baku

Məşhur azərbaycanlı ozan Araz Elsəs Bakıda konsert verib

Məşhur azərbaycanlı ozan Araz Elsəs Bakıda konsert verib
# 29 may 2011 19:50 (UTC +04:00)
Bu gün “Monte Karlo” şadlıq sarayında keçirilən konsertdən əvvəl Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı çıxış edib. O, Araz Elsəsin yaradıcılığından danışıb.
Daha sonra səhnəyə gələn ozan bir sıra mahnılarını oxuyub. Onun Vətən, yurd həsrətli, Bütöv Azərbaycan ideyalı mahnıları zalda böyük coşqu ilə qarşılanıb.

Güney Azərbaycan həsrətindən danışan Araz Elsəs “Güney Azərbaycan da, Qarabağ da hamımızın dərdidir” deyib. O bildirib ki, Bakıda onu sevənlərlə görüşməkdən məmnunudur.
A. Elsəs konsertini “Qarabağ” və “Çırpınırdı Qara dəniz” mahnıları ilə yekunlaşdırıb.

Araz Elsəs 27 noyabr 1971-ci ildə İranda Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərib. Daha sonra siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Azərbaycana köçüb. 1997-ci ildə Avropa Yazarlar Parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılıb. 2000-ci ildə isə İsveçə köçüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR