Bank Of Baku

İtaliyada “Muğam-Azərbaycanın müqəddəs musiqisi” adlı disk buraxılıb

İtaliyada “Muğam-Azərbaycanın müqəddəs musiqisi” adlı disk buraxılıb
# 31 may 2011 14:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliyanın “Felmay Corso Moncalieri” şirkəti arasında bağlanmış müqaviləyə əsasən “Azərbaycanın ənənəvi musiqisi” adı altında altı kompakt diskdə musiqi albomlarının hazırlanması və satışının həyata keçirilməsi planlaşdırılır. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanın zəngin musiqi nümunələrinin Avropada təbliğinin genişləndirilməsi məqsədi daşıyan layihə çərçivəsində artıq birinci – “Muğam-Azərbaycanın müqəddəs musiqisi” diski işıq üzü görüb. İtaliyanın Turin şəhərində Şərq İncəsənəti Muzeyində “Darbar” adı altında konsert proqramı zamanı diskin təqdimatı da keçirilib.

Diskə geniş səs diapazonuna malik tanınmış xanəndə Qoçaq Əsgərovun ifasında “Zabul-Segah” dəstgahı, “Bayatı Şiraz” muğamı və təsnifi, “Mahur” muğam kompozisiyası, “Dilkeş” muğamı və iki xalq rəqs havası daxil edilib. İfalar lentə alınarkən bütün müasir muğam ansambllarının özəyini təşkil edən kamança, tar, qaval, balaban və nağara kimi milli musiqi alətlərimizdən istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR