Bank Of Baku

Fransa səfirliyinin mədəniyyət müşaviri: “Azərbaycan mədəniyyəti bizi heyran edir”

Fransa səfirliyinin mədəniyyət müşaviri: “Azərbaycan mədəniyyəti bizi heyran edir”
# 31 may 2011 15:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solsiti, əməkdar artist Fidan Hacıyeva iki gün əvvəl Azərbaycana gələn fransalı tenor Jan-Fransis Munvuasonla (Jean-Francis Monvoisin) birgə konsert verəcək. APA-nın məlumatına görə, Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertlə bağlı bu gün F. Hacıyeva, fransalı tenor və Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Luk Obrinin iştirakı ilə mətbuat konfransı təşkil olunub.

F. Hacıyeva konsertin iyunun 3-də solisti olduğu Akademik Opera və Balet Teatrında keçiriləcəyini söyləyib: “Bakımıza iki gün əvvəl qonaq gələn fransalı tenorla artıq konsert öncəsi bir neçə məşqimiz olub. Bu konsertdə ilk dəfə olaraq 12 yaşlı tələbəm də tamaşaçılar qarşısında çıxış edəcək. Qonaq tenorla bir sıra operaları birgə səsləndirəcəyik. Ən əsası “Karmen” operasını Jan-Fransislə birgə oxuyacağıq”.

Fransa səfirliyinin mədəniyyət attaşesi L. Obri isə bu layihələrin davamlı olacağını deyib: “Fidan Hacıyevanın fransızca tələffüzü, istedadı, görünüşü bizi belə bir təkliflə ona müraciət etməyə vadar verdi. Azərbaycan mədəniyyəti bizim hər birimizi heyran edir və bu mədəniyyətdən danışdıqca insan fərəhlənir. Azərbaycanı çox sevriəm və sentyabrın 1-də Azərbaycandakı vəzifəmin bitməsinə baxmayaraq, ölkə ilə əlaqəni kəsmək fikrində deyiləm. Bu cür mədəni layihələr çox olacaq”.

Qısa müddət ərzində Azərbaycan mədəniyyətinə, istedadlı musiqiçilərə heyran olan J. F. Munvuason da Bakıda olmaqdan məmnunluğunu dilə gətirib. O, Azərbaycana ilk dəfə gəldiyini və ölkəyə aşiq olduğunu vurğulayıb. Qonaq Fidan Hacıyeva ilə ortaq layihədə iştirakından şərəf duyduğunu da qeyd edib.

Qeyd edək ki, konsertin sonrakı mərhələdə Fransada da təşkil olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR