Bank Of Baku

Fidan Hacıyeva ilk dəfə olaraq İtaliya səhnəsində Puççininin “Sour Angelica” operasında əsas partiyanı ifa edəcək

Fidan Hacıyeva ilk dəfə olaraq İtaliya səhnəsində Puççininin “Sour Angelica” operasında əsas partiyanı ifa edəcək
# 31 may 2011 15:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan musiqiçiləri sırasında ilk dəfə olaraq əməkdar artist Fidan Hacıyeva İtaliya opera səhnəsində çıxış edəcək. APA-nın məlumatına görə, F. Hacıyeva bildirib ki, iyunun əvvəllərində yenidən İtaliyaya gedəcək və bu dəfəki səfəri İtaliyanın opera səhnəsində Puççininin “Sour Angelica” operasında əsas partiyanı ifa etməklə əlaqədardır.

İtaliyanın Rimini şəhərinin opera səhnəsində çıxış edəcək ilk azərbaycanlı ifaçı da məhz Fidan Hacıyeva olacaq. O, ən böyük arzularının reallaşacağından əmin olduğunu vurğulayıb: “Çünki bu potensialı özümdə görürəm. İnşallah La-Skaladan da sizləri salamlayacağam. Buna artıq daha da yaxınam və bunun üçün əlimdən gələni edirəm. İtaliyan dilini öyrənmişəm və artıq bu dildə səlist ifalar edə bilirəm. Çox sevinirəm ki, Azərbaycanın musiqi təhsili İtaliyada belə yüksək qiymətləndirilir. İlk vaxtlar italiyan dilində ifalar çətin olsa da, artıq bu adət halını alıb və mənim üçün çox asanlaşıb. Bu operanın da öhdəsindən gələcəyimə inanıram”.

Operanın nümayişi iyunun 17-dən 26-na kimi baş tutacaq. Əvvəlcə Rimini şəhərində keçirləcək opera nümayişi, daha sonra Katolika, Fano, Pesaro, Bolonya, Cesena, Forli, Cento şəhərlərində də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR