Bank Of Baku

Minskdə ümumbəşəri mədəni irsin qorunması üzrə Mərkəzin Konsepsiya layihəsinin işlənib hazırlanması ilə bağlı işçi qrupun növbəti iclası keçirilib

Minskdə ümumbəşəri mədəni irsin qorunması üzrə Mərkəzin Konsepsiya layihəsinin işlənib hazırlanması ilə bağlı işçi qrupun növbəti iclası keçirilib
# 03 iyun 2011 07:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Minskdə MDB üzv dövlətlərinin ümumbəşəri mədəni irsin qorunması üzrə Mərkəzin Konsepsiya layihəsinin işlənib hazırlanması ilə bağlı işçi qrupun növbəti iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda nazirliyin Mədəni İrs şöbəsinin Bərpa-layihələndirmə və ekspertiza sektorunun müdiri, sənətşünaslıq namizədi Fazil Məmmədov iştirak edib. İşçi qrupun iclasında Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Tacikistan və Qırğızıstanın nümayəndələri iştirak ediblər. MDB ölkələrinin ümumbəşəri mədəni irsin qorunması üzrə Mərkəzinin Konsepsiya layihəsinin işlənib hazırlanması ilə bağlı işçi qrupun rəhbəri, Rusiyanın UNESCO ilə iş üzrə ümumbəşəri mədəni və təbii irs Milli Komitəsinin sədri İqor Makovetskinin rəhbərliyi ilə keçirilən iclasda MDB ölkələrinin ümumbəşəri mədəni irsinin qorunması üzrə Mərkəzin yaranması ilə bağlı problemlər müzakirə olunub və Mərkəzin əsasnaməsinin layihəsində müəyyən dəyişikliklər edilib. Qrupun üzvləri Ümumbəşəri irsin qorunması Mərkəzinin əsasnamə layihəsinin sonuncu variantını MDB ölkələrinin İcraiyyə Komitəsi tərəfindən MDB ölkələrinin Mədəni Əməkdaşlıq Şurasına üzv olan dövlətlərə göndərilməsini tövsiyə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR